“Şagirdin ilk sırada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır“ - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Şagirdin ilk sırada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır“ - Nazir

Sosial

29 Dekabr 2021 17:11 1000


“Şagirdin 3 yox,1-ci partada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır”.

Yenisabah.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində söyləyib.

Nazirin sözlərinə görə, Təhsil Nazirliyinin əsas prioritetlərindən biri də yerlərdə təhsilin idarə edilməsinin təkmilləşdirilməsidir: Marqarita pizza

“Nazirliyə gələn müraciətlərin 99 faizi yerində həll oluna bilən problemdir. Onlar direktorlar və RTŞ-lər tərəfindən tez həll edilə bilər. Məqsədimiz problemi həll etməkdirsə, onu düzgün yolla tənzimləməliyik. Uşağın 3 yox,1-ci partada oturmaq istəyi nazirlikdə həll olunmamalıdır. İki nəfər arasında olan konflik də nazirlikdəki hansısa məmur tərəfindən həll olunmamalıdır. Buna görə də yerlərdəki əməkdaşlıq artırılmalıdır”. 

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!