Şagirdlər şəxsi yox, ictimai maraq daşıyıcısı olmalıdır - Professor

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlər şəxsi yox, ictimai maraq daşıyıcısı olmalıdır - Professor

Sosial

13 Sentyabr 2022 14:31 1247


Hər il olduğu kimi, bu il də ali məktəblərə qəbul prosesi maraqlı müzakirələrlə yadda qaldı. Əvvəlki illərdən fərqli olaraq, 3-cü qrupa keçid ballarında azalma birmənalı qarşılanmadı. Bəzi ekspertlər aşağı nəticə göstərən abituriyentlərin tədris prosesində axsayacağını iddia etdilər.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədri, Əməkdar elm xadimi, BDU-nun professoru Şahlar Əsgərov Yenisabah.az-a açıqlamasında bildirib ki, təhsil proqramı müəyyən fənnlər üzrə dərc olunur və bu fənnlər tələbələr, eləcə də şagirdlər tərəfindən mənimsənilməlidir:

“Fənnləri yaxşı mənimsəyən, təhsili yüksək səviyyədə quran ölkələr təbii ki, öndə gedənlərdən olacaq. Təhsilin məzmunu elə olmalıdır ki, şagirdlər şəxsi maraq yox, ictimai maraq daşıyıcıları olsunlar. Biz kamil insan yetişdirməliyik. Günümüzdə 700 bal toplayan tələbələrlə nadir hallarda rastlaşırıq”. Marqarita pizza

O, həmçinin, əlavə edib ki, təhsil prosesində abituriyentin əldə etdiyi yüksək nəticələr də müəyyən əhəmiyyət kəsb edir:

“Biz təhsildə yeni çağırışlara cavab vermək, ölkəni keyfiyyətli təhsillə təmin etmək, sözün əsl mənasında, potensiallı insanlar yetişdirmək istəyiriksə, onda mütləq təhsilə yeni baxış lazımdır. Bizlər üçün önəmli olan təhsildir. Böyük Azərbaycan şairi Hüseyn Cavid nə deyib? Deyib ki, “təhsildə ilahi güc var”. İlahi sözü orada təsadüfi işlədilməyib. Təhsil o qədər güclü bir sahədir ki, hərşeyi həll edə bilər”.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!