Şagirdlərdən telefonlar niyə yığılır? – “Heç kim özbaşına...”

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlərdən telefonlar niyə yığılır? – “Heç kim özbaşına...”

Sosial

10 Oktyabr 2022 10:37 1671


Son zamanlar sosial şəbəkələrdə məktəblərdə yayılan biabırçı görüntülərdən sonra bir çox məktəbdə şagirdlərdən telefonların yığılması mövzusu qaldırılıb. Maraqlıdır, atılan bu addım nə dərəcədə doğrudur?

“Yeni Sabah”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, heç bir məktəbdə bununla bağlı pedaqoji şura tərəfindən təsdiqlənmiş qaydalar yoxdur. Ona görə də, bunu edən məktəblər bu addımı qanunsuz olaraq atır: 

“Hazırda Azərbaycanda 1.6 milyon şagird var. 2020-ci ilin martından pandemiya dövründə onlayn rejimdə dərslər keçdiyimizə görə, demək olar ki, böyük əksəriyyət uşaqlara biz mobil telefon və buna bərabər olan elektron cihazlar alıb verdik.  pizza sifarişi

Bu gün demək olar ki, bizim telefonsuz şagirdimiz, hətta ibtidai siniflərdə də yox dərəcəsindədir. Bu gün məktəblərdə baş verən neqativ hallar, təhsilin, məktəbin idarə edilə bilməməsi bütün valideynlərdə narahatlıq yaradır. Bu gün məktəblərdə şagirdlərdən mobil telefoların yığılmağında marağı olan şəxslər məktəb daxilindəki özbaşınalıqların, idarə etmədəki bıabırçılıqların çəkilib yayılmasının qarşısını almaq məqsədi güdürlər. 

2011-ci ildə qəbul edilmiş “orta təhsil məktəblərinin nümunəvi nizamnaməsi”ndə qeyd edilir ki, tədrisin gedişinə mane olan cihazlardan, alətlərdən istifadə etmək olmaz. Təbii ki, şagirdlərin üzərində hər hansısa mobil telefonun olmağı heç bir problem deyil. Əgər onlar dərs prosesində bundan istifadə edərlərsə, bu artıq ciddi pozuntu sayıla bilər. 

Bu hallar dərsin normal gedişini pozarsa birmənalı şəkildə bu tətbiq edilə bilər və telefonlar yığıla bilər. Ancaq bir məqam var ki, biz bu gün sırf belə istədik deyə telefonları yığa bilmərik. Onun üçün tədris ili başlayana qədər, məktəbin pedaqoji şurası məktəbin daxili nizam-intizam qaydalarını təsdiq etməlidir, davranış qaydalarını müəyyən etməlidir, onun ardınca məktəblərdə telefonların yığılması və ya bundan istifadənin məhdudlaşdırılması tətbiq edilə bilər. Bunun üçün öncə məktəbin pedaqoji şurası qərar qəbul etməlidir ki, biz məktəblərdə bu tipli cihazların istifadəsini istəmirik və bu yolverilməzdir. 

Ancaq bu qərarı heç kim özbaşına və ürəyi elə istədi deyə edə bilməz. Məktəblərin heç birində mövzu ilə bağlı pedaqoji şura tərəfindən təsdiqlənmiş qaydalar yoxdur. Ona görə də, bunu edən məktəblər bu addımı qanunsuz olaraq atırlar. 

Hal-hazırda təhsil prosesində iştirak edən, xüsusən idarəetmədə olanların böyük əksəriyyətinin qanunvericilikdən xəbəri yoxdur. Onlar, deyəsən, daha çox seriallara baxırlar və yuxuda gördükləri ilə təhsil prosesinin idarə edilməsində maraqlıdırlar. Qaydalar var və qaydalarda belə bir məhdudiyyət yoxdur”.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!