Şagirdlərə cəza tədbirləri narazılıq yaratdı:   “Konstitusiyaya ziddir”

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlərə cəza tədbirləri narazılıq yaratdı: “Konstitusiyaya ziddir”

Sosial

21 Oktyabr 2022 13:46 1808


“Məktəblərdə şagirdlər üçün nəzərdə tutulan cəza tədbirləri təhsil alanların hüquqlarını məhdudlaşdırır”.

Bunu Yenisabah.az-a danışan təhsil eksperti Məzahir Məmmədli deyib.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlər üçün cəza tədbirləri müəyyənləşib. Cəza tədbirləri sırasında müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideynlə əlaqə saxlama, dərsdən sonra şagirdin məktəbdə saxlanılması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq məktubu, narıncı xəbərdarlıq və qırmızı xəbərdarlıq var.  pizza

Bu tədbirlər hələ ki nazirliyin açıqladığı layihədə əks olunub, lakin sosial şəbəkə istifadəçiləri cəza siyahısını maraqla qarşılayaraq indidən müzakirələrə başlayıblar. Bəzi istifadəçilər bu tədbirlərə haqq qazandırarkən, digər bir qisim razı olmadığını deyib.

Təhsil eksperti Məzahir Məmmədlinin fikrincə, bu cəza tədbirlərinin tətbiqi ilə bağlı nə media qurumlarında, nə də məktəblərdə geniş müzakirə rast gəlmədiyini bildirib:

“Bu məsələ pilot layihə kimi nəzərdə tutulub. Proses 2023-2024 tədris illərində həyata keçiriləcək. İlkin mərhələdə bu cəza tədbirləri bir neçə məktəbdə həyata keçiriləcək, sonra artıq bütün məktəblərə şamil ediləcək.

“Hazırda istər mütəxəssislər, istərsə də hüquqşünaslar aydınlaşdırıblar ki, məktəblərdə şagirdlər üçün nəzərdə tutulan cəza tədbirləri təhsil alanların hüquqlarını məhdudlaşdırır və Konstitusiya ilə bir qədər ziddiyyət təşkil edir”.

Məzahir Məmmədli vurğulayıb ki, bu layihəyə yenidən baxılmalı və bir daha geniş auditoriyalarda, yaxud da məktəblərdə müzakirəyə çıxarılmalıdır:

“Mən şəxsən şagirdlərə qarşı inzibati tədbirlər görülməsinin tərəfdarıyam. Çünki hazırda məktəblərdə özbaşınalıq halları çoxalıb və bu halların ardı-arası kəsilmir. Xüsusilə də, şəhərətrafı məktəblərdə bu kimi cansıxıcı hadisələrə tez-tez rast gəlinir. Lakin şagirdlərə tətbiq olunacaq cəzalar onların Konstitusiya hüquqlarına ziddir. Ona görə də tələskənliyə yol verilməməlidir. Bu cəza tədbirlərinə bir daha baxılmalı və əsaslı bir qərar ortaya çıxarılmalıdır”.

Həcər ƏMİRASLANLI 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!