Sahil Babayev: 16 min şəhid ailəsi və qazi evlə təmin ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev: 16 min şəhid ailəsi və qazi evlə təmin ediləcək

Sosial

19 Noyabr 2024 14:16 463


Cari ilin sonuna 16 min şəhid ailəsi və qazinin evlə təmini mümkün olacaq.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, bu proqramın icrası növbəti ildə də davam etdiriləcək: Dördpendirli pizza

"Bakı şəhərində növbəlilik 2 dəfə icra olunub. Proses davam etdikcə şəhid ailələri və qaziləri mənzillərlə təmin edəcəyik. 7700 nəfərə avtomobillər təqdim etmişik. Bu, Prezidentin və Birinci vitse-pezidentin daim diqqətində olan məsələdir".

Sahil Babayev qeyd edib ki, 2021-2022-ci illərdə saxta əlilliklə dövlət vəsaitlərini mənimsəyən 207 000-dən çox şəxs müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!