Sahil zolağı tullantılardan təmizləndi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sahil zolağı tullantılardan təmizləndi - Fotolar

Sosial

20 May 2023 16:44 797


Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin təşkiıatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, eləcə də EcoHub ekoloji platformasının könüllülərinin iştirakı ilə Xəzər dənizinin Bilgəh sahilində təmizlik aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, 240 kiloqram  tullantı toplanaraq çeşidlənib və aidiyyəti üzrə daşınıb.

Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti  dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Dominos pizza

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə,  təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!