“Məlum nəticədən naməlum səbəbə getməliyik”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Qeyd edək ki, bu il müxtəlif vaxtlarda 9-cu siniflər üzrə buraxılış imtahanları keçirilib. şagirdlərin bir qisminin nəticələri açıqlanıb. Məktəblilərin aşağı nəticə göstərdiyi məlum olub. Hətta bir sinifdə 21 nəfər şagird aşağı nəticə göstərib. Bu fakt sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İmtahanda zəif nəticə göstərənlərin bundan sonraki taleyi ilə bağlı suallar ortaya çıxıb. pizza hut
Zəif nəticə göstərənlər yenidən məktəbə qayıdıb, 10-11-ci sinfi oxumalıdır, yoxsa peşə məktəblərinə yönəlməlidir?
Professor son 10 ildə eyni halın qeydə alındığını söyləyib:
“Tək bu il deyil. Ötən il də nəticə bundan yaxşı olmayıb. 10 ildir ki, vəziyyət bu cür davam edir. Nəticə çıxarmırlar. Nəticəni mən çıxarası deyiləm. Dövlət siyasətini aparan qurumlar bu haqda ciddi fikirləşməlidirlər. Nəticə onsuz da göz qabağındadır. Məlum nəticədən naməlum səbəbə getməliyik”.
Ş.Əsgərov qeyd edib ki, nəticələr xoşagələn deyil, biabırçılıqdır:
“İmtahan nəticələri həqiqətən xoşagələn deyil. Biabırçılıqdır. buna səbəb nədir? Səbəbini tapmaq lazımdır. Cəmiyyət tapa bilməz. Məsələni qurumlar, Təhsil Nazirliyi araşdırmalıdır”.
Nəzrin Vahid
Telegram kanalımız