Şairin oğlu od saçdı: “Ayıbdır!“

saytların hazırlanması

Evə çatdırılma

Şairin oğlu od saçdı: “Ayıbdır!“

Şou

03 Sentyabr 2021 10:21 24906


Müğənni Çinarə Məlikzadə “Dünya” adlı yeni mahnısını dinləyicilərinə təqdim edib.

Yenisabah.az xəbər verir ki, mahnının sözləri şair Akif Səmədin “Dünya sənin nəyindir ki?” şeiri əsasında yazılıb.

Mahnının sözlərində "Atan deyil, anan deyil" və “Dünya sənin nəyindir ki?” misralarından istifadə olunub, amma müəllif kimi Akif Səmədin adı çəkilməyib. Pepperoni pizza

Şairin oğlu, şair-jurnalist Ulucay Akif məsələyə sərt təpki verib.

Sosial şəbəkə hesabında məsələ barəsində yazan şair atasının şeirinin oğurlandığını iddia edib:

“Sonra deyirsiniz ki, Ulucay çox aqressivdir.

Necə aqressiv olmayım? Şəmil Sadiq adında biri atamın şeirini oğurlayıb. Özü də məşhur "Dünya sənin nəyindi ki?" şeirini.

Şeirin elə şah misrası olan "Dünya sənin nəyindi ki" misrasını götürüb, digər yerlərindən də 1-2 misra çırpışdırıb özünə şeir "düzəldib".

Elə şeir "Atan deyil, anan deyil" sözləri ilə başlayır. Axı, ayıbdır. Vallah, ayıbdır!

Adamın vicdanı olar, insafı olar.

Şeirimizi oğurlayırsınız, misramızı oğurlayırsınız, cümləmizi oğurlayırsınız, mətnimizi oğurlayırsınız. Biz sizin evinizə girib nəsə oğurlayırıq sizdən?

Bunun o oğurluqdan nə fərqi var ki?

"Dünya sənin nəyindi ki" misrası Akif Səmədin imzası ilə möhürlənib. Bunu bütün sözü, şeiri bilənlər bilir. Ayıbdır, Şəmil Sadiq, ayıb!

Hələ şeirə mahnı da bəstələdib oxutmusunuz Çinarə Məlikzadəyə. Həmin bəstə də elə gənc aşıq Roman Azaflının atamın şeirinə bəstələdiyi mahnıdan oğurlanıb. Belə vicdansızlıq olmaz!”

Həmin mahnını təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hafiz Rüstəmov
    Türkü üslubunda əla ifa.Çinarənin burda günahı yoxdur.Siz də bundan heç nə itirmədiniz. Atanızındırsa-daha da məşhur oldu.Plagiatçı hesab etdiyinizi isə verin məhləməyə,vəssəlam.
    5 years ago