Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar

Xalqın səsi

03 Sentyabr 2020 18:52 1738


Ötən günlər sosial şəbəkədə Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkət yolunun kənarında, Görədil qəsəbəsi ərazisindən keçən su kanalının zibilliyə çevrilməsi barədə məlumat və fotolar yayılmış, kanalın sakinlər tərəfindən zibilləndirildiyi bildirilmişdi.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Yenisabah.az-a daxil olan məlumata görə, məsələ ilə bağlı paytaxtın kommunal xidmətləri tərəfindən əraziyə baxış keçirilmiş və fakt öz təsdiqini tapıb. Məlumata əsasən bu ərazidə sakinlər tərəfindən kanalın və ətraf ərazilərin məişət tullantıları ilə çirkləndirilməsi halları dəfələrlə baş verib.

Kommunal xidmətlərin əməkdaşları tərəfindən qısa müddət ərzində kanalın daxili və ətraf ərazi tullantılardan təmizlənmiş, əraziyə əlavə tullantı konteynerləri yerləşdirilmiş, ərazinin təmizliyınə cavabdeh olanyerli bələdiyyə və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artirılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!