Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - VİDEO

Hadisə

13 Oktyabr 2026 08:26 117


Xalçalarını yudurtmaq istəyən minlərlə sakin dələduzluqla üzləşib.

“Yeni Sabah” Xəzər TV-yə istinadla xəbər verir ki, üç xalçayuma şirkəti vətəndaşları aldadaraq, əvvəlcədən ödəniş etmək şərtilə məhsulları yığıb.

Onlara xalçaların steril və etibarlı şəkildə yuyularaq geri qaytarılacağı sözü verilib, qaimələr təqdim olunub: pizza hut

Lakin bir müddət sonra şirkətlər də, xalçalar da yoxa çıxıblar.

Sonradan vətəndaşların yaydan bəri yoxa çıxan xalçaları paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə tapılıb.

Vətəndaşların dediyinə görə, bu anbarlar eyni sahibkara məxsus "Ay xalı", "555" və "Xalça plus" şirkətlərinin ortaq deposudur. Təhvil verilməyən bütün məhsullar burada yığılıb. Əlində qaiməsi olan vətəndaşlar gəlib 10 minə yaxın xalçanın içərisindən özlərinə aid olanı axtarırlar.

Məsələ ilə bağlı polis orqanına vətəndaşların müraciəti daxil olub, araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!