“Salam verirsən, beş dəqiqə sonra cavab verir” - Ağamirzə Kərimdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Salam verirsən, beş dəqiqə sonra cavab verir” - Ağamirzə Kərimdən danışdı

Şou

20 Oktyabr 2022 15:15 8954


Meyxanaçı Kərimin səhhəti yaxşı deyil.

Bu barədə "Yeni Sabah"a meyxanaçının sənət dostu, tanınmış meyxanaçı Ağamirzə Məmmədov məlumat verib. 

Söz ustadı həmkarının vəziyyətinin ağır olaraq qaldığını bildirib: Toyuqlu pizza

“Kərimin vəziyyəti yaxşı deyil. Bacı oğlu ilə tez-tez danışıram, vəziyyətini xəbər  alıram. Qaragünün bircə nəfəsi gəlib-gedir, başqa heç bir reaksiya vermir. Yanına gedəndə də bunu çox çətin hiss edir. Salam verirsən, beş dəqiqə sonra cavab verir. Vəssalam, təzədən başını qoyur. Kərim nə otura, nə dura, nə də gəzə bilir. Heç danışmır da. Yanına gedib-gəlirəm, sonra özüm də pis oluram. Müalicəsi davam edir. Amma həkimlər də deyib ki, vəziyyətinin irəliləməsindən söhbət belə gedə bilməz, sadəcə olduğu vəziyyətə qalır. İndiki vəziyyətdə yaşaması belə böyük şeydir. Allah bütün xəstələrə kömək olsun. Hərdən yanına gedirdim, indi uzun müddətdir ki, getmirəm. Gedirəm, Kərimi o vəziyyətdə görürəm, lap pis oluram, kömək üçün əlimdən də heç nə gəlmir. Allah bütün xəstələrə şəfa versin, Kərim də içində”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb. O, həmin hadisədən sonra bird aha yataqdan qalxa bilməyib.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!