Saleh Səmədovun bir qardaşı həbs edilib, digəri axtarışa verildi

saytların hazırlanması

Evə çatdırılma

Saleh Səmədovun bir qardaşı həbs edilib, digəri axtarışa verildi

Siyasət

30 Oktyabr 2025 14:44 489


İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri, hazırda həbsdə olan Saleh Səmədovun üç oğlunun vəzifədən azad olunmasının ardınca bu ailəyə aid daha bir xəbər yayılıb.

"Yeni Sabah" qaynarinfo-ya istinadla xəbər verir ki, Saleh Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub.

Onun digər qardaşı Sahib Səmədovun da anoloji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir. Sezar pizza

Atababa Səmədov bir qrup şəxslə mütəşəkkil qaydada dələduzluq əməli törətməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Səmədov müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin ümumi məbləği 320 min dollar miqdarında pulunu mənimsəyib. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə vəd veribmiş.

Saleh Səmədovun qardaşının Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb. O da məlum olub ki, Atababa Səmədov illər öncə də məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Saleh Səmədov Faşizm üzərində Qələbənin növbəti ildönümü ilə bağlı keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!