Salyan xəstəxanasında iki ölüm: Baş həkim ”xəbərim yoxdur” deyir

saytların hazırlanması

Evə çatdırılma

Salyan xəstəxanasında iki ölüm: Baş həkim ”xəbərim yoxdur” deyir

Sosial

06 İyul 2023 14:15 827


Xəbər verdiyimiz kimi, Salyan Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilən hamilə qadının uşağı ölü doğulub. 

Belə ki, rayonun Kürqaraqaşlı kənd sakini olan 26 yaşlı A.A. 22 həftəlik hamiləliklə xəstəxanaya daxil olub. Bir qədər sonra o, ölü uşaq doğub.

Bundan başqa, adı çəkilən xəstəxanaya böyrək çatışmazlığı diaqnozu ilə daxil olan 40 yaşlı C.Abbasova da tibbi müdaxiləyə baxmayaraq, vəfat edib. pizza

Məsələ ilə bağlı Salyan MRX-nın baş həkimi Nurlan Hüseynovla əlaqə saxladıq.

O, Bakupost.az-a açıqlamasında xəstəxanada hamilə qadının ölü uşaq dünyaya gətirməsindən xəbərsiz olduğunu dedi:

“Hamilə qadınla bağlı məlumatım yoxdur. Ola bilsin yenidir, mən görməmişəm. Ya da çox köhnə xəbərdir, indi ortaya çıxıb. Digər məsələ ilə bağlı isə faktları açıqlamaq səlahiyyətim yoxdur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!