Şamaxı və Masallının kəndlərində yenidənqurma işlərinə başlanıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Şamaxı və Masallının kəndlərində yenidənqurma işlərinə başlanıldı - Video

Sosial

10 Fevral 2022 18:38 910


“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.

Yenisabah.az xəbər verir ki, layihə çərçivəsində Şamaxının Mədrəsə qəsəbəsi, Kərkənc, Zarat Xeybəri, Səfalı, Ərçiman kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.

Görüləcək işlər çərçivəsində ümumilikdə, 885 abonentin yaşadığı 1 qəsəbə və 4 kənd ərazisində 13 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 59 km-a yaxın 10 kV-luq, 32 km-a yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək. Pepperoni pizza

Masallı rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Xırmandalı, Eminli, Ərəb və Molloba kəndlərində işlərə başlanılıb. Ümumilikdə, 1980 abonentin yaşadığı bu 4 kənd ərazisində 32 ədəd komplekt transformator mənqətəsi quraşdırılacaq, 50 km-dan çox 10 kV-luq, 130 km-a yaxın 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək.

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Çox. Sevindirici xəbərdir. Sizə bu xeyirxah İŞİNİZDƏ uğurlar arzulayıram. İstərdim öyrənim BƏS SUMQAYIT ŞƏHƏRİNDƏKİ 2 MİKRORAYONUNACINACAQLI VƏ QƏZA VƏZİYYƏTİNDƏ OLAN İŞIQ ŞKAFLARI NƏ VAXT DƏYİŞDİRİLƏCƏK. ÜNVAN EV 46/ 48 MƏN. 49.
    4 years ago