Şamaxıda baxımsız qalan uşaqlar dövlət tərəfindən nəzarətə götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda baxımsız qalan uşaqlar dövlət tərəfindən nəzarətə götürüldü

Sosial

16 Yanvar 2022 15:48 1033


Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Mətbuat katibi bildirib ki, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduqları yerdən götürülüb. Marqarita pizza

"Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - Dövlət Komitəsinin sözçüsü bildirib.

Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində 5 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!