Şamaxıya alpakalara baxmağa gedən bloqer girişə 40 manat ödədi: “Özümü inandırmağa çalışıram ki...”

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıya alpakalara baxmağa gedən bloqer girişə 40 manat ödədi: “Özümü inandırmağa çalışıram ki...”

Sosial

16 Aprel 2023 18:47 1443


Tanınmış jurnalist və texno-bloqer Fərid Pərdəşünas sosial şəbəkədə maraqlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, Şamaxının Meysəri kəndinə alpakalara baxmağa yollanan bloqer giriş üçün tələb olunan ödənişin çoxluğundan şikayət edib:

"Gəlmişik Şamaxıya - Meysəri kəndinə, alpakalara baxmağa. Girişdə iki nəfərə 80 AZN ödəniş edəndən sonra özümü inandırmağa çalışıram ki, bu heyvanlar qətiyyən qoyuna oxşamır. Əks halda niyə qoyuna baxmağa görə adambaşı 40 AZN ödəyəsən axı. Belə başa düşürəm ki, tək baxmağa 40 manat verdiyim üçün mən daha çox qoyuna oxşayıram, nəinki alpaka. Bu arada mənə görə alpakalar qoyunun baxımlı versiyalarıdır. Yəni salona zada gedib, saçların düzəltdirirlər. Dördpendirli pizza

Əlavə olaraq alpakaları ziyarət etmək üçün rezervasiya da şərtdir. Sözün açığı son zamanlar özünə bu qədər hörmət qoyan heyvan görməmişdim. Xidmət və şərait əla olsa da, 40 manat sadəcə alpaka yemləmək və baxmaq üçün bahadır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!