Samir Bağırov 56 yaşını görün kiminlə keçirdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Samir Bağırov 56 yaşını görün kiminlə keçirdi - VİDEO

Şou

22 Avqust 2023 10:18 1554


Ötən gün estrada ulduzu Samir Bağırov doğum gününü qeyd edib. 

Yenisabah.az xəbər verir ki, 56 yaşına qədəm qoyan ifaçı həmkarlarından fərqli olaraq dəbdəbəli doğum günü məclisi təşkil etməyib. O, yeni yaşını gənc estrada ulduzlarının müsabiqəsi olan "Bakı Payızı" komandası ilə birgə ofisdə qeyd edib. 

Müsabiqənin münsif heyətində yer alan Samir Bağırov komandasıyla birgə sadə doğum günü keçirməsi ilə diqqət çəkib.  Toyuqlu pizza

Qeyd edək ki, "Bakı Payızı" layihəsinin təşkil edilməsində məqsəd ölkədə müasir estrada sənətinin inkişafına təkan vermək, gənclər arasında yeni istedadlı ifaçıları üzə çıxarmaq və onların peşəkar inkişafında, böyük səhnələrə və beynəlxalq arenalara çıxışlarına dəstək olmaqdır.

Məlumat üçün bildirək ki, “Bakı payızı” ölkədə ilk dəfə 1988-ci ildə keçirilib. Xalq artisti Aygün Kazımova həmin yarışmanın qalibi olub. 

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!