Samir Şərifov rusiyalı həmkarı ilə məsləhətləşmələr apardı

saytların hazırlanması

Evə çatdırılma

Samir Şərifov rusiyalı həmkarı ilə məsləhətləşmələr apardı

Siyasət

20 Oktyabr 2023 20:16 861


Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin azərbaycanlı həmkarı Samir Şərifovla Bakıda məsləhətləşmələr aparıb, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın artırılması imkanları nəzərdən keçirilib”, - məlumatda deyilir. pizza

Yüksək rütbəli diplomatlar həmçinin Moskva və Bakı arasında münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!