Türkiyənin Samsun şəhərində yağan leysan yağışları daşqına səbəb olub.
"Yeni Sabah" "Haber Global"a istrinadən xəbər verir ki, axşam saatlarında Havza rayonunun mərkəzində aramsız yağışlar səbəbindən Hacı Osman Dərəsi ilə Tersakan Dərəsində su səviyyəsi yüksəlib, çox sayda evi, iş yerini və zirzəmini su basıb, avtomobillərə ziyan dəyib.
Aramsız yağışların səbəb olduğu daşqınlar səbəbindən 12 nəfər xəsarət alıb. Onların vəziyyətlərinin stabil olduğu bildirilib. Dördpendirli pizza
Telegram kanalımız