''Samsung” xəbərdarlıq etdi -   Texnologiya nəhəngindən kritik proqnoz

saytların hazırlanması

Evə çatdırılma

''Samsung” xəbərdarlıq etdi - Texnologiya nəhəngindən kritik proqnoz

Rəqəmsal

31 İyul 2026 22:42 78


Cənubi Koreyanın texnologiya nəhəngi ''Samsung'' qlobal çip bazarı ilə bağlı yeni proqnozunu açıqlayıb. Şirkət hesab edir ki, yarımkeçirici çatışmazlığı 2028-ci ilə qədər davam edə bilər.

"Yeni Sabah" xəbər verir ki, ''Samsung'' bununla yanaşı ikinci rüb üzrə maliyyə hesabatını da açıqlayıb. Məlumata görə, şirkətin yarımkeçirici bölməsinin əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 250 dəfədən çox artaraq 61,7 milyard dollara çatıb. Şirkətin ümumi gəliri isə 130 faiz yüksəlib.

Yaddaş çiplərinin qiymətinin artması maliyyə göstəricilərini yaxşılaşdırsa da, bu vəziyyət smartfon bölməsinə mənfi təsir göstərib. Yüksək çip xərcləri səbəbindən mobil bölmə ilin ilk rübündə 489 milyon dollar zərər açıqlayıb. Sezar pizza

''Samsung'' dünyanın ən böyük beş məlumat mərkəzi operatoru ilə uzunmüddətli çip tədarükü müqavilələri imzalayıb. Şirkət daha beş iri müəssisə ilə də danışıqlar aparır. Bildirilir ki, bu müqavilələrin ən azı beş il qüvvədə olacağı, əvvəlcədən ödəniş və minimum qiymət şərtlərini əhatə edəcəyi nəzərdə tutulur.

Şirkət həmçinin süni intellekt prosessorlarında istifadə olunan HBM4 yaddaş çiplərindən əldə olunan gəlirin üçüncü rübdə üç dəfə artacağını gözləyir. ''Samsung''un məlumatına görə, ABŞ-nin Texas ştatında tikilən yeni istehsal zavodu bu il fəaliyyətə başlayacaq. İkinci zavodun isə 2030-cu ildə kütləvi istehsala başlaması planlaşdırılır.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!