Sankt-Peterburqda kritik görüş

saytların hazırlanması

Evə çatdırılma

Sankt-Peterburqda kritik görüş

Dünya

21 Oktyabr 2026 08:41 87


Çin Dövlət Şurasının Baş naziri Li Çyan Rusiyanın Hökumət sədri Mixail Mişustinin dəvəti ilə Sankt-Peterburq şəhərinə səfər edib. Şəhərin Pulkovo hava limanında qarşılanan Çin hökumət rəhbəri Rusiya-Çin Hökumətlərarası Komissiyasının 31-ci müntəzəm iclasında iştirak edəcək.

“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində keçiriləcək geniştərkibli görüşlərdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və kritik sahələrdə birgə layihələrin icrası müzakirə olunacaq. Li Çyan gəlişi zamanı bildirib ki, Pekin Moskva ilə əməkdaşlığı daha möhkəm, məzmunlu və dayanıqlı müstəviyə qaldırmağa hazırdır.

Diqqətçəkən digər məqam isə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoffun da Sankt-Peterburqa nəzərdə tutulan səfəridir. Diplomatik mənbələrin məlumatına görə, amerikalı rəsminin rusiyalı rəhbərliklə təmaslar quracağı və beynəlxalq gündəlikdəki mühüm məsələləri müzakirə edəcəyi gözlənilir. Dominos pizza

Eyni vaxtda həm Çin Baş nazirinin, həm də ABŞ elçisinin Sankt-Peterburqda olması şəhəri qlobal diplomatiyanın diqqət mərkəzinə çevirib. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!