“Santa Ana” Los-Ancelesə od vurdu: Məşhurların evləri yanır - Beyons, Ledi Qaqa...

saytların hazırlanması

Evə çatdırılma

“Santa Ana” Los-Ancelesə od vurdu: Məşhurların evləri yanır - Beyons, Ledi Qaqa...

Şou

12 Dekabr 2024 13:14 607


ABŞ-ın Los-Anceles əyalətinin Malibu bölgəsində baş verən meşə yanğını ilə bağlı 20 min nəfər təxliyə ediləcək. "Santa Ana" adlı güclü küləklə başlayan alov yaşayış məntəqələrinə də keçib.

Yenisabah.az publika.az-a istinadən xəbər verir ki, alov təhlükəsi altında olan evlər arasında məşhurların malikanələri də var. Bölgədə təhlükəsizlik tədbirləri ilə bağlı 40 mindən çox şəxsin elektrik enerjisi kəsilib.

Səlahiyyətlilər bələdiyyə binasının boşaldıldığını və onu Kalabasas şəhərinə köçürməli olduqlarını bildiriblər. Sürətlə yayılan alov səbəbiylə ötən gün Pepperdine Universitetinin kampusunda olan tələbələr və işçilər də təxliyə ediliblər. pizza sifarişi

Tanınmış şəxslərin evlərinin yerləşdiyi ərazi üçün də təxliyə əmri verilib. Məşhur amerikalı müğənni Çer və aktyor Dik Van Daykın evlərinin boşaldıldığı, Ledi Qaqa, Beyons və Cey Zinin də evlərinin təxliyə zonasında olduğu bildirilib.

"Santa Ana" adlanan güclü və quru küləklər səbəbindən digər bölgələrdə də yanğınların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!