“Sarkisyanı Qarabağın kişilərinə oxşadıram, qaşı, gözü, elə bil dədəmin oğludur” 

saytların hazırlanması

Evə çatdırılma

“Sarkisyanı Qarabağın kişilərinə oxşadıram, qaşı, gözü, elə bil dədəmin oğludur” 

Sosial

13 Oktyabr 2022 11:09 12933


Qarabağın işğalından əvvəl azərbaycanlılarla ermənilər arasında müəyyən qohumluq əlaqələri olurdu. Bu sırada isə yaşlılar dediyinə görə başda kirvəlik gəlirdi. Onların sözlərinə görə, əvvəllər  azərbaycanlıların erməniləri kirvə tutması geniş yayılmışdı.

Bəs görəsən, buna səbəb nə idi? Niyə biz vaxtilə düşməni kirvə tutmuşuq?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Qarabağdan olan tanınmış yazıçı Seyran Səxavət bildirib ki, həqiqətən vaxtilə bu hal geniş yayılmışdı. Toyuqlu pizza

O, bunun səbəblərini də açıqlayıb:

“Ermənilər bir neçə obrazda bizim yadımızda qalıblar, mən yaşda olanlar bunu xatırlayar. O obrazlardan bir cizgisi də kirvəlik idi. Mən sizə həqiqət nədirsə, onu da deyəcəm. 

Adama sual edərlər ki, Azərbaycanda adam qəhət idi ki, sən ermənidən kirvə tuturdun? Amma bunun mütləq bir mənası vardı. Erməni xanımları çox qılıqlı olurdular, yəni şirindilli insan idilər. Bizim Azərbaycan kişilərinin 99 faizi ona görə erməni əri kirvə tuturdu ki, aralarında gediş-gəliş olsun. Gediş-gəliş olduqda Azərbaycan kişiləri öz kirvələrinin arvadları ilə aralarında olan məsələləri çox asan həll edə bilirdilər. Bax, həqiqət budur. Sizə lazımdırsa, mən yalandan deyə bilərəm ki, biz tolerantlıq etmişik və s. Amma belə olmayıb. Bunun yeganə səbəbi dediyim məsələdir”.

Yazıçı ermənilərlə azərbaycanlılar arasında olan zahiri bənzərlikdən də danışıb:

“Bunun nəticəsi də aydın görünür. Ermənistanın iki məşhur adamını misal gətirəcəyəm: Ermənistanın keçmiş iki prezidenti - Köçəryan və Serj Sarkisyan. 

And olsun Allaha, onların iksini də Qarabağın kişilərinə oxşadıram. Xüsusilə də Serj Sarkisyan. Onun qaşı, gözü, üzü filan çox bənzəyir, elə bil mənim dədəmin oğludur. Bu həqiqətdir.

Hətta Birinci Qarabağ Müharibəsində Qarabağın özündə belə bir deyim ortalığa çıxmışdı ki, guya bizimkilər öz uşaqları ilə vuruşurlar. Mən səmimi insanam, ona görə də olduğu kimi cavab verməyi sevirəm. Hal-qaziyyə məhz belədir”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!