Əsir düşən erməni diversantların adları   AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Əsir düşən erməni diversantların adları AÇIQLANDI

Rəsmi

27 May 2021 11:17 1655


Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla dövlət sərhədində təxribat törətməyə cəhd edərkən saxlanılan erməni diversantların adlarını açıqlayıb.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, saxlanılan şəxslər A.N. Abqaryan, İ.A. Sarkisyan, V.V Sarkisyan, B. S. Ohanyan, A.Q. Budoyan və V.O. Rafaelyandır. Onların müqaviləli hərbi qulluqçular olduğu bildirilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınıb və zərərsizləşdirilərək saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!