Saxlanılan “jurnalistlər” 130 min manat ödəyib azadlığa buraxılıb - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Saxlanılan “jurnalistlər” 130 min manat ödəyib azadlığa buraxılıb - İDDİA

Sosial

07 İyun 2026 11:27 547


“Jurnalist adı altında reketlik etmək”də ittiham olunan Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova ilə bağlı cinayət işi üzrə araşdırmalar davam edir.

“Yeni Sabah” xəbər verir ki, jurnalist Ülviyyə Alovlunun yaydığı məlumata görə, adıçəkilən şəxslər Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanıldıqdan sonra zərərçəkmiş kimi tanınan şəxslərə ümumilikdə 130 min manat məbləğində təzminat ödəyiblər.

Məlumata əsasən, onların barəsində məhkəmə baxışı keçirilib. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və onlar sərbəst buraxılıblar. pizza hut

Qeyd olunub ki, çoxsaylı müraciətlər əsasında adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə – təkrarən hədə-qorxu ilə tələb etmə faktı üzrə cinayət işi başlanılıb.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı əlavə məlumat verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!