“Saxta diplomlular efiri “gəlin-gəlin”, “evcik-evcik” oyununa çevirib”   - “Onlara 1937-ci ilin cəzaları verilsin!“

saytların hazırlanması

Evə çatdırılma

“Saxta diplomlular efiri “gəlin-gəlin”, “evcik-evcik” oyununa çevirib” - “Onlara 1937-ci ilin cəzaları verilsin!“

Şou

21 Fevral 2022 16:39 2385


Son vaxtlar yerli telekanalları tənqid edənlərin sayı artmaqda davam edir. Bir neçə gün öncə müğənni Nadir Qafarzadə də yerli telekanalların əvvəlki nüfuzunu itirdiyini və onları izləmədiyini deməsi ilə müzakirələri qızışdırıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı-publisist, teleaparıcı Həmid Herisçi bunu efirlərdə qeyri-peşəkarların olması ilə əlaqələndirib:

“Şəxsən mən demək olar ki, bütün yerli telekanallarda çalışmışam. “Space”də, “Xəzər”də, rəhmətlik “ANS” də işləmişəm. Hər yerdə özüməməxsus nüfuzum, reytinqim olub. Elə telekompaniya yoxdur ki, onlarla çalışmayım. pizza mizza

Qalan kanallara uzun ömür arzulayıram, gedənlərə Allah rəhmət eləsin. İndi AzTV-də baxımlı verilişlərdən birini aparıram, reytinqim də yüksəkdir.

Bu, peşəkarlıqla bağlı məsələdir. Hazırda telekanalları, xüsusilə də özəl kanalları həvəskarlar basıb”.

H. Herisçi qeyri-peşəkar televiziya işçilərinə qarşı sərt cəzalar tətbiq edilməsini istəyib:

“Mənə elə gəlir ki, 1937-ci il repsessiyasını bu dəfə həvəskarlara qarşı təkrarlamalıyıq. Həvəskarlar hər yerdən çıxarılmalıdır. Onların çoxu saxta diplomla işləyir. Onların diplomlarını yoxlasanız, görəcəksiniz ki, saxtadır, onlar heç dərsə getməyiblər.

Telekanallar bu gün qızlar üçün gözəllik güzgüsünə çevrilib. Sanki uşaqlıqda oynadıqları”gəlin-gəlin”, “evcik-evcik” oyunundadırlar. Cizgi filmində bir obraz var, qız əlində kirşanla güzgü önündə oturur, televiziya bu gün belə bir güzgüyə çevrilib. Bu cür adamlara qarşı ən ağır represiyanı etmək lazımdır. Təklif edirəm ki, bu cür adamlar üçün əlahiddə bir qanun edək və onlara həbs cəzası verək. Bunları etməsək, həmin həvəskarlar bütün televiziyaları, radionu məhvə sürükləyəcəklər.

Mən 37-ci il cəzası səviyyəsində cəzaların tətbiq olunmasını istəyirəm, 37-də peşəkarlara bu cəza verilmişdi, bu dəfəki repressiyanın qurbanı qeyri-peşəkarlar olsun. Bizdə sənət yavaş-yavaş həvəskarların oylağına çevrilir. Bu çox qorxuludur.  Bu prosesin qarşısını ancaq cəza tədbirləri ilə almaq  mümkündür, başqa cür olmaz”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    SAXTA VERİLİŞLƏRƏ ELƏ SAXTA QONAQLAR GƏLMƏLİDİRLƏR DƏ. ONSUZ DA YERLİ KANALLARA 5,10 % əhali baxır.
    4 years ago