Xalq artisti Ramiz Məlik və Əməkdar incəsənət xadimi Məlahət Abbasova mərhum Azər Paşa Nemətov haqqında tənqidi status yazan şəxslərə münasibət bildirib.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, aktyor həmkarı Kamran Yunisin statusu sərt şəkildə fikir bildirib:
“Bilmədən danışma! Bunu biz yaxşı bilirik! Mən də sənin rejissor kimi qəbul etdiyin Vaqif Həsənovu qəbul edirəm. Onun öz mücərrəd dəsti-xətti var idi, amma vəfat edəndə bunu özü ilə apardı”. Marqarita pizza
Xalq artistinin bu şərhinə Məlahət Abbasovadan dəstək gəlib:
“Bunlar kimdir ki, ortalığa düşüb, yalandan qalmaqal yaradırlar? Oxuyanlar da bunlara inanır. Aktyor Fuad Poladov da Həsənağa Turabovun rəhbər olduğu vaxtda teatırdan getmişdi. Yadınızdadır? Sizinlə oynadığımız “Sevgililərin cəhənnəmdə vüsalı“nda əmim rolunu oynayan Fuad Poladov bizdən ayrılıb, Rus Dram Teatrna getmişdi. Həmin vaxt Azər müəllim onu “Hamlet” tamaşası ilə geri qaytardı. Azər bəy həmişə Fuad Poladova dəstək göstərib. O, oynasın deyə tamaşalar təşkil edib.
Bildiyim qədəri ilə hətta evini də Azər bəyin təqdimatı ilə alıb. Yəni Azərbaycan Akademik Milli Dram Teatrı hər zaman bir ailə olub və evdə söz- söhbət ola bilər. Axı bunlara kim icazə verir ki, ailənin içindəki söhbəti ictimailəşdirsinlər? Sadəcə ortalığı bulandırıb, gündəm yaradırlar”,- deyə aktrisa yaşananlara münasibətini bildirib.
Telegram kanalımız