“Saxtakarlıq edərək, insanları...” - Elməddin onlara səsləndi

saytların hazırlanması

Evə çatdırılma

“Saxtakarlıq edərək, insanları...” - Elməddin onlara səsləndi

Şou

16 Yanvar 2020 16:09 1199


Tanınmış komediya aktyoru Elməddin Cəfərov sosial şəbəkələrdə onun adından açılmış saxta hesablardan narahatdır.

"Yeni Sabah" xəbər verir ki, Bu barədə Qaynarinfo-ya danışan Elməddin Cəfərov bildirib ki, "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə açılan hesabların ona aidiyyəti yoxdur.

"Mən dəfələrlə müsahibələrimdə, televiziya  proqramlarımda bu barədə münasibət bildirmişəm. Mənim heç bir sosial şəbəkədə hesabım yoxdur. Sosial şəbəkələrdən tamamilə uzaq insanam. Mənim adımdan açılan hesablardan dostlarım vasitəsi ilə xəbər tutmişam. Bu hesabları yaradan şəxslərdən xahiş edirəm ki, saxtakarlıq edərək insanları çaşdırmasınlar”.   Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!