2020-ci il noyabrın 10-dan indiyədək 65 nəfər mina partlayışı nəticəsində həlak olub .
Yenisabah.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, ölənlərin arasında mülki şəxslər çoxluq təşkil edir: "Mina partlayışı nəticəsində 272 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə 1991-ci ildən bu günə qədər 357 nəfəri uşaqlar, 38 nəfəri qadın olmaqla 3416 nəfər minadan zərərçəkən kimi qeydiyyata alınıb". pizza sifarişi
Telegram kanalımız