Ombudsmanlıq AZAL-ın təyyarəsini icarəyə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Ombudsmanlıq AZAL-ın təyyarəsini icarəyə götürdü

Sosial

21 İyun 2022 15:15 8573


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) AZAL-dan təyyarə icarəyə götürüb.

Yeniavaz.com xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və qarşılığında 28 min 900 manat ödəyib.

İcarəyə götürülən təyyarənin hansı model olduğu bilinməsə də, təyyarənin Bakı-Füzuli-Bakı istiqamətində səfər etdiyi bildirilir. Dördpendirli pizza

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bu vəzifədə 30 noyabr 2019-cu il tarixindən işləyir. Səbinə Əliyeva  millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. Səbinə Əliyeva eyni zamanda Milli Məclisin sabiq sədr müavini Yaşar Əliyevin qızıdır.

***

İnsan Hüquqları üzrə Müvəkkilin Aparatından "Yeni Sabah"a bildirdilər ki, təyyarənin icarəyə götürülməsi keçirilən beynəlxalq tədbirlə bağlı olub və xarici ölkələrdən gələn qonaqların daşınması üçün istifadə olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!