Şəbnəmə efirdə maşın bağışlandı - “Qurbanları bütün məscidlərdə kəsdirəcəyəm” - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəmə efirdə maşın bağışlandı - “Qurbanları bütün məscidlərdə kəsdirəcəyəm” - Video

Şou

15 Noyabr 2023 10:30 904


Müğənni Şəbnəm Tovuzluya efirdə avtomobil hədiyyə edilib.

Yenisabah.az xəbər verir ki, ifaçıya qonaq olduğu "Xəzər axşamı" verilişində pərəstişkarı tərəfindən ağ rəngli "Hyundai" markalı avtomobil hədiyyə edilib. 

Avtomobilin üzərində yazılan "Ələddin baba, can sağlığı ilə sür" sözlərini oxuyan müğənni həmin an hədiyyəni kimin göndərdiyini tapıb: Marqarita pizza

"Prodüserimlə birgə Azərbaycandan kənarda bir toyda olduq. Məni illərdir sevən bir xanım var. O xanım mənim üçün çox dəyərlidir. Ayaqüstü söhbətimiz oldu. O zaman prodüserim dedi ki, bəlkə buradan atanız üçün avtomobil alıb Bakıya apararıq. Çünki atam üçün bu yaxınlarda hündür maşın almaq istəyirdim.

Bu söhbət elə də orada da qaldı, davamı olmadı. Əgər öncədən belə bir şeyin olacağını bilsəydim qətiyyən razı olmazdım. Hədiyyəsi ilə mənə böyük xəcalət verdi. Həqiqətən də gözləməzdim.  

Ola bilər ki, o xanım prodüserimlə danışıb və bu işi birgə görüblər. Səni az müddət içində tanısam da sən mənim böyük bacımsan. Adını və hansı ölkədə olduğunu deməyəcəyəm. Allahdan bir arzum var və bu arzumun nə olduğunu özün çox yaxşı bilirsən. Sadəcə o arzum yerinə yetsin mən o qurbanları bu şəhərdə bütün məscidlərdə kəsdirəcəyəm... Sən atamı sevindirdin. Çox sağ ol, əziz bacım".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!