Səbuhi Məmmədlinin ürəyi dayanıb, həkimlər həyata qaytarıb - TƏBİB 

saytların hazırlanması

Evə çatdırılma

Səbuhi Məmmədlinin ürəyi dayanıb, həkimlər həyata qaytarıb - TƏBİB 

Sosial

12 Yanvar 2024 12:09 299


Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. 

Yenisabah.az-ın məlumatına görə, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib. 

“Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.  pizza hut

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir”. 

Qeyd edək ki, Səbuhi Məmmədli xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı çərçivəsində hemodializ müalicəsi alır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!