Bir neçə gündür səhhəti ilə bağlı problem yaşayan jurnalist Səbuhi Məmmədlinin vəziyyəti açıqlanıb.
Yenisabah.az TƏBİB-ə istinadla xəbər verir ki, jurnalistin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
O, avqustun 7-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürülüb. Dominos pizza
Hazırda S. Məmmədlinin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onda aşağı ətrafda damar mənşəli qan dövranı pozğunluğu müəyyən olunub. Xroniki böyrək çatışmazlığı, insulindən asılı olmayan şəkərli diabet xəstəliyi üzrə də müalicəsi davam etdirilir.
Xatırladaq ki, S.Məmmədlidə daha əvvəl digər ətrafın amputasiyası əməliyyatı da icra olunub.
Telegram kanalımız