Səbuhi Məmmədlinin vəziyyəti pisləşdi, süni tənəffüs aparatına qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Səbuhi Məmmədlinin vəziyyəti pisləşdi, süni tənəffüs aparatına qoşuldu

Sosial

05 Avqust 2023 16:12 1132


Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

APA xəbər verir ki, Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə olunan S.Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. Burda əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

Dərhal reanimasiyaya yerləşdirilən və süni tənəffüs aparatına qoşulan jurnalistin durumu ağır qiymətləndirilir. Pepperoni pizza

Qeyd edək ki, Səbuhi Məmmədli lent.az saytının əməkdaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!