Səbuhi Qurbanova yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Səbuhi Qurbanova yeni vəzifə verildi

Sosial

27 Aprel 2026 12:00 135


Səbuhi Qurbanov Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor vəzifəsinə təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, yeni təyin edilən S.Qurbanov kollektivə təqdim olunub.

Səbuhi Qurbanov bakalavr təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə alıb.

O, əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. Daha sonra həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli tam orta məktəbdə direktor vəzifələrində çalışıb, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi kimi fəaliyyət göstərib.

Səbuhi Qurbanov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Səbuhi Qurbanov 2025-ci ildən son təyinatadək Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!