Seda Sayan heyvansevərləri bu sözlərlə qəzəbləndirdi: “İti tətilə aparanları…”

saytların hazırlanması

Evə çatdırılma

Seda Sayan heyvansevərləri bu sözlərlə qəzəbləndirdi: “İti tətilə aparanları…”

Şou

13 Avqust 2026 01:46 46


Türkiyəli müğənni Seda Sayan itlərini tətilə aparan heyvansevərlərlə bağlı açıqlaması ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, S.Sayan “Kafa TV”də yayımlanan “Seda Sayan ilə Bacıların Bacısı” proqramında itini tətilə aparan şəxsləri tənqid edib.

Sənətçi bəzi insanların tətil zamanı itlərini oteldə otağa bağlayaraq çölə çıxdıqlarını bildirib. Pepperoni pizza

Sayan həmin vaxt otaqda ağlayan itlə danışdığını da deyib.

“İti otağa bağlayıb çölə çıxmıram”

Seda Sayan itini tətilə aparan şəxslərlə bağlı bunları deyib:

“İtini tətilə gətirənləri qınayıram. Səhər çıxanda iti otaqda kilidləyirlər. İnsan öz uşağını otaqda qoyub gedərmi? Guya sizin uşağınızdır. Mən qapıya gedib itlə danışıram. Deyirəm ki, "Sən onların uşağı idin, bunlarla heç yerə getmə".

Mən belə deyəndə "heyvan sevmir" deyirlər. Mən heç olmasa heyvanı otağa bağlayıb çöldə kefimi çəkmirəm”.

Seda Sayanın bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Əsmətxanım Rzazadə

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!