Sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

saytların hazırlanması

Evə çatdırılma

Sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

Sosial

29 Mart 2023 10:52 2372


“Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, bəzi televiziyalarda yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə problem reytinq xətrinə və kanalın özünə sərf edən formada təqdim olunur. pizza hut

S.Qəhrəmanova bu yaxınlarda belə hadisəyə görə televiziyalardan birində yayımlanan verilişə zəng etdiyini söyləyib: “Mən efirə zəng edib biabırçılığı dayandırmağı tələb etdim. Axı insanın şəxsi həyatına müdaxilədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!