““Şəfəq-Asiman” ölkəmizin və dünyanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”

saytların hazırlanması

Evə çatdırılma

““Şəfəq-Asiman” ölkəmizin və dünyanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”

Sosial

26 Mart 2021 14:31 897


"Bundan sonrakı illərdə Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Azərbaycanın  təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin gerçəkləşməsi ölkəmizə, o cümlədən digər iştirakçı dövlətlərə  əlavə gəlirlər gətirir ki, bu da  hərtərəfli inkişafa stimul verir. Ümumiyyətlə,  bu gün artıq keçmişə nəzər salsaq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri vaxtında və yüksək keyfiyyətlə icra edib”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Martın 24-də Azərbaycanın  enerji sektorunda növbəti uğura imza atıldığını qeyd edən baş redaktor bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılıb və ilk qaz-kondensat ehtiyatları aşkar edilib: “Məlumdur ki, “Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və BP şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə hasilatın pay bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq qazma əməliyyatı dənizin 623 metr dərinliyində BP şirkətinin operatorluğu ilə aparılıb və SOCAR-ın törəmə şirkəti olan “Caspian Drilling Company” tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə yerinə yetirilib. ” pizza hut

Quyuda qazma işlərinə ötən il yanvarın 11-də başlanıldığını diqqətə çatdıran V.Rəhimzadə onu da əlavə edib ki, bu uğur bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin yeni neft strategiyası bundan sonra da Azərbaycana nailiyyətlər qazandırmağa davam edəcəkdir:  “Xüsusi vurğulamaq istəyirəm ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesinə dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsində çox mühüm siyasi addım olmuş, bu istiqamətdə ilk dəfə olaraq Xəzərin Azərbaycan sektorunda  beynəlxalq əməkdaşlığa yol açılmışdır. Dövlətimizin başçısı İlham Əliyev “Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatlarının  aşkar edilməsi münasibətilə Azərbaycan xalqına təbrikində də bildirmişdir ki, BP şirkəti ilə SOCAR-ın əməkdaşlıq tarixi 30 ilə yaxın bir dövrü əhatə edir. Bu dövr ərzində qlobal əhəmiyyətə malik bir çox layihələr həyata keçirilib. Əməkdaşlığın  məhsulu olan layihələr sırasında “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi, Bakı-Tbilisi-Ceyhan boru kəməri, “Şahdəniz”, Cənub Qaz Dəhlizi və ona tərkib hissələri olan Cənubi Qafqaz, TANAP və TAP boru kəmərləri kimi nəhəng layihələr xüsusi qeyd edilir.  Hazırda BP-SOCAR əməkdaşlığı strateji xarakter daşıyır. BP Azərbaycanın neft-qaz sənayesinin ən böyük xarici investorudur. Bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər. “Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatlarının  aşkar edilməsi bir daha sübut edir ki, SOCAR ilə BP arasında  çox yaxşı  işgüzar münasibətlər, qarşılıqlı etimad yaranıb.”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!