Şəfəq Novruzun reklam etdiyi arıqlama kapsulunda təhlükəli maddə aşkarlandı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şəfəq Novruzun reklam etdiyi arıqlama kapsulunda təhlükəli maddə aşkarlandı - VİDEO

Sosial

08 İyul 2026 13:54 160


AQTA-nın sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı məlumatında konkret şirkət, yaxud şəxs adı çəkilməsə də, təxmini hədəflər göstərilib.

Agentliyin laborator müayinələri zamanı insan sağlamlığı üçün təhlükəli hesab olunan sibutramin maddəsi aşkarlanan məhsullar arasında “Spirulina” kapsulu da yer alıb.

“Yeni Sabah” araşdırması zamanı məlum olub ki, sözügedən məhsul son dövrlərdə sosial şəbəkələrdə tanınmış simaların iştirakı ilə geniş şəkildə reklam edilib. Dominos pizza

“Spirulina” kapsulunu ən fəal təbliğ edən şəxslərdən biri mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz olub.

Son bir ildə nəzərəçarpacaq dərəcədə arıqlayan stilist həm şəxsi "Instagram" hesabında, həm də məhsulun rəsmi satış səhifəsində arıqlamağının “sirri”ni məhz bu kapsulla əlaqələndirib.

Paylaşımlarda Şəfəq Novruz izləyicilərinə məhsuldan istifadə etməyi tövsiyə edib, onun təhlükəsiz və effektiv olduğunu bildirib. "Spirulina Azerbaijan Official" səhifəsində də stilistin iştirakı ilə hazırlanmış çoxsaylı reklam videoları yerləşdirilib və məhsulun satışında məhz onun nüfuzundan istifadə olunub.

Xatırladaq ki, AQTA-nın açıqlamasına əsasən, monitorinqlər zamanı "Spirulina Azerbaijan Official" "Instagram" səhifəsindən əldə olunan məhsul nümunələri laborator analizə cəlb edilib. Müayinələrin nəticəsində "Spirulina" məhsulunda qida məhsullarında istifadəsinə yol verilməyən və insan sağlamlığı üçün təhlükəli hesab olunan sibutramin maddəsi aşkarlanıb.

Agentlik bildirib ki, sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda ciddi psixi pozuntulara səbəb ola bilər. Bu maddənin həm qida məhsullarında, həm də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır.

Həmin məhsullar ölkəyə şəxsi istifadə adı ilə gətirilsə də, sonradan sosial şəbəkələr vasitəsilə qanunsuz satışa çıxarılıb. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunub.

Digər maraqlı məqam isə AQTA-nın rəsmi açıqlamasının yayılmasından sonra baş verib. Uzun müddət "Spirulina" kapsulunun reklam və satışının aparıldığı "Spirulina Azerbaijan Official" "İnstagram" səhifəsi qısa müddət ərzində bağlanıb. Hazırda həmin hesab əlçatan deyil və sosial şəbəkədən silinib.

Şəfəq Novruzun sözügedən məhsulla bağlı müxtəlif vaxtlarda paylaşdığı reklam videolarını təqdim edirik:

 Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!