Səfər Mehdiyevin qohumu ilə DGK arasında qalmaqal - Polkovnik nə tələb edir?

saytların hazırlanması

Evə çatdırılma

Səfər Mehdiyevin qohumu ilə DGK arasında qalmaqal - Polkovnik nə tələb edir?

Sosial

25 Fevral 2024 08:37 1522


Dövlət Gömrük Komitəsi ilə qurumun Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin keçmiş rəisi, gömrük xidməti polkovniki Rafiq Fətullayev arasında məhkəmə çəkişməsi davam edir.

"Qaynarinfo" xəbər verir ki, işdən çıxarıldığına görə DGK-nı məhkəməyə verən Rafiq Fətullayev birinci məhkəmə instansiyasında nəticə əldə edə bilməyib.

Keçmiş rəis Bakı Kommersiya Məhkəməsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Aytən Oruczadənin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. Dominos pizza

Keçmiş rəisin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

Rafiq Fətullayev ötən ilin aprelində DGK sədri Şahin Bağırovun əmri ilə işdən çıxarılıb.  Mediada gedən məlumatlara görə, onun işdən çıxarılmasının səbəbi fəaliyyətində yol verdiyi nöqsanlardır.

İddialara görə, Rafiq Fətullayev işdən çıxarıldıqdan sonra onun tabeliyində olan bəzi işçilərə töhmət verilib.

Keçmiş rəis mətbuatda DGK-nın keçmiş sədri Səfər Mehdiyevin qohumu kimi təqdim edilir. Bu iddia qarşı tərəfdən təkzib olunmayıb. Məlumatlarda bildirilir ki, Rafiq Fətullayev əslən Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Nehrəm kəndindəndir. Yəni, Səfər Mehdiyevlə həmkəndlidir. Bu fakt tərəflərin qohum olmasına dair şübhələri bir qədər də artırır.

Rafiq Fətullayevdən əvvəl DGK-nın vəzifəli şəxsi olmuş daha iki nəfərin qurumu məhkəməyə verdiyi barədə məlumat dərc etmişdik.

Onlardan biri Azərbaycanın Türkiyədəki səfirliyində gömrük attaşesi olmuş Əliqulu Cəfərov, digəri isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçmiş şöbə rəisi Ədalət Mehdiyevdir. Hər iki şəxs DGK-ya qarşı əmək münasibətlərinə dair iddia qaldırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!