Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququnun hansı vətəndaşlara şamil edildiyi açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, kapitan Əsgərli Zəfər səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququndan yararlana biləcək şəxsləri izah edib.
Onun sözlərinə görə, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bron edilmiş şəxslərə verilir. Marqarita pizza
Həmçinin səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab olunan şəxslərə 6 ay müddətinə qədər möhlət hüququ tanınır.
Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ayrı-ayrı kateqoriyalara aid vətəndaşlar da səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququndan yararlana bilərlər.
Beləliklə, möhlət hüququ əsasən bron edilmiş, səhhətinə görə müvəqqəti yararsız hesab olunan və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalara daxil olan şəxslərə şamil edilir.
Aytac Əliyeva
Telegram kanalımız