Səfir: ABŞ-ın Qafqaz siyasəti Rusiya və İrana qarşı yönəlib

Səfir: ABŞ-ın Qafqaz siyasəti Rusiya və İrana qarşı yönəlib

Bölgə Veb saytların hazırlanması

21 Noyabr 2023 17:26 854


Ukraynada Maydan dövründə Avropa İttifaqının (Aİ) mövqeyi aydın idi. Ukrayna çox sadə seçim qarşısında idi: bizimlə deyilsinizsə, deməli, bizə qarşısınız.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin "Sputnik Armeniya" radiosunun “Abovyan Time” proqramında bildirib.

Onun sözlərinə görə, bu siyasəti Qərb postsovet ölkələrinə, ümumiyyətlə, Rusiya ilə sıx bağlı olan ölkələrə münasibətdə tətbiq edir.

Səfir qeyd edib ki, bu yanaşma Qərbin real məqsədlərini əks etdirir, o, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək yollarını tapmaq deyil, Sovet İttifaqının dağılmasından sonra yaranmış vəziyyətdən istifadə edərək dünyada öz hökmranlığını təsdiqləməkdir: "Müstəmləkəçilik təfəkkürü aradan qalxmayıb, sadəcə olaraq formasını dəyişib".

“Uzun müddət əvvəl elan edilmiş bu prinsiplər hələ də gözəl ritorika adı altında fəaliyyət göstərir. Baxmayaraq ki, bu ritorika getdikcə daha aydın olur. Biz bunu Cənubi Qafqaza münasibətdə görürük. Amerika nümayəndələri birbaşa Rusiya və İrana qarşı mübarizə kontekstində öz siyasətini müəyyənləşdirir", - deyə səfir əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!