Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərov məktəbi qızıl medalla bitiribmiş...

saytların hazırlanması

Evə çatdırılma

Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərov məktəbi qızıl medalla bitiribmiş...

Sosial

28 Yanvar 2023 00:10 1032


Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov Gəncədə tanınmış həkimin oğludur.

Xezerxeber.az-ın məlumatına görə, valideynləri hadisə barədə xəbər tutan kimi Bakıya yola düşüblər, tanışlar və doğmalar isə onların evinə üz tutublar.

Bütün qohumlar, qonşular və tanışlar ailəli və 2 övlad atası olan Orxan Əsgərovun yüksək intellektli olduğunu bildiriblər. O, orta məktəbi qızıl medalla bitirib. Sezar pizza

Qeyd edək ki, Gəncədə doğulub böyüyən Orxan Əsgərovun atası Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!