Şəhid ailələri və müharibə əlilləri: Onların sosial müdafiəsi necə təşkil olunur? 

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələri və müharibə əlilləri: Onların sosial müdafiəsi necə təşkil olunur? 

Sosial

25 İyul 2023 11:48 624


Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətlərindən birini təşkil edir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb. 

Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilməsi səbəbsiz deyil. Şəhid ailələri və müharibə əilləri cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr. 

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub. Bu müharibədə yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur.  Pepperoni pizza

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərdən çox qaziyə müxtəlif əlillik dərəcəsi verilib. 

Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosial ödənişlər edilir, sağlamlıqlarını itirmiş hərbiçilər protezlərlə təmin olunur, reabilitasiya mərkəzlərində müalicəsi həyata keçirilir. Müalicəsi ölkəmizdə mümkün olmayan yaralılar Türkiyəyə göndərilir. 

Şəhid ailələri və qazilər təbəqəsindən olan şəxslərin işlə təmin edilməsi məsələsi də gündəmdə saxlanılır. Onlar özünüməşğulluq proqramlarına, ictimai işlərə cəlb edilir. Bu işlər təkcə Bakıda deyil, ölkənin rayonlarında da həyata keçirilir. 

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov deyib ki, şəhid ailələri və qazilərlə bağlı məsələləri həmişə ön planda saxlayır, regionlara səfər edərkən bu təbəqədən olan insanlara həssaslıqla yanaşır: 

“Vətən müharibəsində qazanılan möhtəşəm qələbəni bizə bəxş edən, torpaqlarımızın azadlığı uğrunda canından keçən, sağlamlıqğını itirən  şəhidlərimizə və qazilərimizə hər zaman böyük ehtiram və qürur hissi ilə yanaşmaq hər kəsin borcudur. 

Hazırda şəhid ailələri və qazilər həssas qrup olaraq hər zaman diqqətdə saxlanılır və qayğı ilə əhatə olunurlar. 

Dövlət bu sahədə mühüm tədbirlər həyata keçirir.

Şəhid ailələri və qazilərin sosial müdafiəsinin yaxşılaşdırılması dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biridir. Bu siyasət ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanır. 

Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, pensiya və müavinətlərin təyin edilməsi, onların mənizllə təmin olunması, eləcə də qazilərə fərdi yaşayış evləri və mənzillərin ayrılması, avtomobillərin verilməsi dövlət rəhbərliyinin bu təbəqədən olan insanlara qayğısının bariz nümunəsidir. 

Bu gün şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli ixtisaslara qəbul olunduqda onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.  

Bundan başqa, özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. 

Yəni bütün bu işlər dövlət üçün prioritetdir”. 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!