Şəhid ailələri və müharibə əlillərinin problemləri necə ictimailəşdirilməli?

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələri və müharibə əlillərinin problemləri necə ictimailəşdirilməli?

Sosial

29 Oktyabr 2022 15:15 897


Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Sevindirici haldır ki, bu işdə KİV-lər və qeyri-hökumət təşkilatları da yaxından iştirak edir. 

Ortaq Dəyərlər İctimai Birliyinin sədri, Turkustan Media Qrupunun Baş redaktoru Aqil Camal hesab edir ki, şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin, qazilərin problemləri daim diqqət mərkəzində saxlanılmalıdır: "Öncəliklə, cəmiyyətimiz üçün hər zaman aktual olan belə bir mövzuda layihə icra etdiyi üçün Jurnalist Araşdırmaları Mərkəzini, həmçinin, bu layihəni qiymətləndirdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini alqışlayıram".

Aqil Camal deyib ki, son dövrlər şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi daha geniş formada həyata keçirilir. Bu da, bir neçə amillə bağlıdır. pizza sifarişi

Birincisi, onlayn medianın, sosial şəbəkələrin inkişaf etdiyi dövrdə bu qəbildən olan vətəndaşların hansısa problemlərini, qayğılarını işıqlandırmaq, ictimailəşdirmək daha da asanlaşıb. Bəzən, heç hansısa media qurumuna üz tutmadan da, bu kateqoriyadan olan vətəndaşlarımız qayğı və problemlərini sosial şəbəkələr üzərindən özləri geniş şəkildə işıqlandıra bilirlər. Və buna da, böyük ictimai dəstək qazanırlar. Bu isə narahatlıq doğuran məsələlərin daha operativ şəkildə müvafiq dövlət qurumlarına çatdırılmasına, həmn məsələlərin araşdırılaraq uyğun tədbirlər görülməsinə imkan yaradır. Media resursları da fərdi formada ictimailəşdirilən təşəbbüslərə həssaslıq göstərir.

İkinci səbəb. Təbii ki, 44 günlük Vətən müharibəsinə qədər də Azərbaycan dövləti istər şəhid ailələri, istərsə müharibə əlillərinin sosial problemlərinin həlli üçün böyük layihələr həyata keçirib. Lakin, 44 günlük müharibədən sonra bu qəbildən olan vətəndaşlarımıza həssaslıq, onların qayğılarının daha priopritet şəkildə ön plana çəkilərək həll edilməsi prosesi getməkdədir. Media da, bu işdə öz üzərinə düşən missiyanı uğurla həyata keçirir. Bəzi hallarda şəhid ailələrinə, qazilərimizə görə hətta media qurumları ilə hansısa dövlət orqanları arasında problemlər də ortaya çıxır. Amma, əksər vaxtlarda medianın qaldırdığı məsələlərə həssas yanaşılır. Bu da şəhid ailələri və qazilərimizin qayğılarının, problemlərinin yoluna qoyulmasında önəmli foktordur.

Şəhid ailələri və qazilərimizin məsələlərinin hazırkı dövrdə mediada geniş işıqlandırılmasının bir səbəbi də, hazırkı dövrdə dövlət tərəfindən onların sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı aparılan sistemli işlərdir. İkinci Qarabağ müharibəsindən hələ iki il vaxt ötməyib, amma, çoxlu sayda şəhid ailələri mənzillərlə təmin olunub, qazilərimizin yenidən sağlam həyata qayıtması üçün onların effektiv müalicəsi təşkil edilib. Bu proses davam etdirilir, bununla belə, mövcud imkanlar eyni vaxtda hamını əhatə etməyə imkan  vermir. Bu zaman, bu qəbildən olan vətəndaşlarımız öz problemləri ilə bağlı mediaya üz tutur". 

Baş redaktor əmin olduğunu bildiirb ki, qarşıdakı illərdə, qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq bütün şəhid ailələrimiz, qazilərimiz, onlar üçün nəzərdə tutulmuş imkanlardan, imtiyazlardan yararlana biləcəklər. Çünki, bu, Azərbaycanda dövlətin sosial siyasətinin prioritet istiqamətidir. Bu işlər birbaşa ölkə başçısının nəzarəti altında həyata keçirilir. 

Təəssüf ki, Ermənistanın öz işğalçı xislətini davam etdirməsi şəraitində hələ də, şəhidlərimizin, qazilərimizin sayı artmaqdadır. Bu isə, dövlətin sosial siyasətinə də yeni əlavələri tələb edir. Mən inanıram ki, Azərbaycan dövləti onun ərazi bütğvlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinin, qazilərimizin bütün qayğı və problemlərini həll edəcək. Dövlətimiz buna qadirdir və bunun üçün siyasi iradə mövcuddur. Ola bilsin, bu işlərdə bir gün tez, bir gün gec məsələsi özünü göstərsin. Amma, bu da anlaşılandır.  

Bu işdə ölkə mediası da üzərinə düşən missiyanı davam etdirəcəkdir". 

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!