Şəhid ailələrinə güzəştlərlə bağlı qaydaya dəyişiklik edildi 

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələrinə güzəştlərlə bağlı qaydaya dəyişiklik edildi 

Sosial

07 Dekabr 2023 17:55 561


Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə qaydanın 2.1.6-cı yarımbəndindən “həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında” sözləri çıxarılıb. Bununla şəhid ailəsinin üzvü hesab olunan, şəhidlərin 18 yaşına çatmamış uşaqlarının, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarının, həmçinin qardaşları və bacılarının - uşaq evlərində tərbiyə olunanların təhsil aldıqları əyani müəssisələrin sırasından AMEA-nın adı çıxarılır.   Dördpendirli pizza

Qeyd edək ki, qaydanın əvvəlki variantı belədir:

“Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar:

2.1.1. arvadı (əri);

2.1.2. valideynləri;

2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;

2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar;

2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!