Vətən yolunda canından keçən şəhid ailələrini dövlətin öz himayəsinə götürməsi, onlara müxtəlif yardımlar göstərilməsi göz önündədir. Bütün bunlara baxmayaraq, təkcə dövlət deyil, həmçinin kiçik sahibkarlıqla məşğul olan vətəndaşlar da imkanları daxilində şəhid ailələrinə xidmət göstərməyi özlərinə borc bilir.
Tək-tük olsa da, yəqin ki, bir çoxumuz obyektlərin qarşısında şəhid ailələrinə pulsuz xidmət edəcəkləri ilə bağlı elanlara rast gəlirik.
Bundan əlavə, son dövrlərdə sosial şəbəkələrdə də saç və dırnaq ustaları şəhid ailələrinə pulsuz xidmət göstərdiklərini qeyd edirlər. Dominos pizza
Bu tip elanlarının qeyd olunması isə ictimaiyyət tərəfindən çox vaxt xoş qarşılanmır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova bildirib ki, bu tip elanlar sırf reklam xarakteri daşıyır:
“Mən size əmin edirəm ki, heç bir şəhid ailəsi o xidmətlərdən yararlanmır. Bu, ucuz reklamdır. Elanı yerləşdirənlər özləri diqqət cəlb etmək üçün bunu paylaşırlar. Özünə hörmət edən heç kəs əminəm ki, bundan yararlanmır, fikir də vermir.
Şəhid ailəsi o qədər aciz durumda deyil ki, kimlərinsə reklamına möhtac olsun, ondan istifadə etsin. Mən bunu ümumiyyətlə, qəbul etmirəm. Bunu da açıq-aşkar bildirirəm”.
Həmsöhbətimiz qeyd edib ki, onlara da bəzən sahibkarlardan reklam xarakterli müraciətlər daxil olur:
“Hərə bir obyekt açıb başlayır üstünə şəhid ailələri ilə bağlı elanlar yazıb yapışdırmağa, sosial şəbəkələrdə paylaşmağa. Şəhid ailəsinin bu cür xidmətlərə ehtiyacı yoxdur. Hətta hərdən bizə də deyirlər ki, sosial şəbəkə hesabınızda bizi paylaşın, dəstəyimizi ifadə edin, biz də pulsuz nə isə edək. Cavab verirəm ki, biz belə şeylər etmirik, biz ancaq şəhidləri təbliğ edirik, onların qəhrəmanlıqlarını cəmiyyətə çatdırırıq, bizim belə reklamlara ehtiyacımız yoxdur”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız