Şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır

Sosial

21 Yanvar 2021 14:09 946


Azərbaycanda şəhid aillələrinin üzvlərinə yeni imkanlar yaradılır.

Yenisabah.az xəbər verir ki, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilir. Bundan sonra peşə hazırlığının, işsiz şəxslərin özünüməşğulluğunun və sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə də digər həssas qruplarla birlikdə üstünlük veriləcək. Marqarita pizza

Son dövrlər dövlət qəbul etdiyi bir sıra qanunvericilik aktları ilə şəhid ailələri ilə bağlı təminatları həm sadələşdirir, həm də onların təminatlarını daha da artırır. Bu dəyişikliklə dövlət şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması məqsədini güdür. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!