Şəhid anası: “Oğlumla fəxr edir, qürur duyuram!” 

saytların hazırlanması

Evə çatdırılma

Şəhid anası: “Oğlumla fəxr edir, qürur duyuram!” 

Sosial

27 İyul 2023 18:30 702


Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətlərindən birini təşkil edir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb. 

Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilməsi səbəbsiz deyil. Şəhid ailələri və müharibə əilləri cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr. 

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub. Bu müharibədə yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur.  Marqarita pizza

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərdən çox qaziyə müxtəlif əlillik dərəcəsi verilib. 

Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə sosial ödənişlər edilir, sağlamlıqlarını itirmiş hərbiçilər protezlərlə təmin olunur, reabilitasiya mərkəzlərində müalicəsi həyata keçirilir. Müalicəsi ölkəmizdə mümkün olmayan yaralılar Türkiyəyə göndərilir. 

Şəhid ailələri və qazilər təbəqəsindən olan şəxslərin işlə təmin edilməsi məsələsi də gündəmdə saxlanılır. Onlar özünüməşğulluq proqramlarına, ictimai işlərə cəlb edilir. Bu işlər təkcə Bakıda deyil, ölkənin rayonlarında da həyata keçirilir. 

Buna baxmayaarq, Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ilk İkinci Vətən Müharibəsi şəhidi olan müddətdən artıq hərbi qulluqçu Fariz Məhəmməd oğlu Qurbanovun 3 nəfərdən ibarət ailəsi hələ də evlə - mənzillə təmin olunmayıb. 

Onu da nəzərə alsaq ki, şəhidin valideynləri yaşlı, hər ikisi də şəkər, təzyiq xəstədir və qəsəbənin ən son-ucqar nöqtəsində, elə də şəraiti olmayan həyət evində yaşayırlar, onların durumu daha da aydınlaşmış olur. 

Şəhidin atası Məhəmməd kişinin və anası Lətafət xanım səhhəti xüsusilə, son 3 ilə yaxın müddət ərzində - tək və subay oğullarının şəhidliyindən sonra daha da ağırlaşıb. Hər ikisi də dəfələrlə ölümlərdən dönüb, komaya düşüblər, həkimlərin müdaxiləsi nəticəsində son anda həyata qaytarılıblar. 

Şəhidin valideynlərinə, yaşlı və xəstə ata - anaya isə tək və heç bir yerdə işləməyən qızları baxır, qulluq edir və bütün ağırlıq, yük onun zərif, kövrək çiyinlərindədir.

Şəhidin anası Lətafət xanımın dediklərindən:

“Övladım-tək oğlum cavan yaşında Vətən uğrunda canını fəda etdi, şəhid oldu. Oğlumla fəxr edir, qürur duyuram! Ancaq balamdan sonra həyatımız çökdü, alt-üst oldu…Bir oğul, o da həyatda yox…Yoldaşımın da, mənim də səhhətimdə illərdir problemlər var. Şəkərdən, qan təzyiqindən əziyyət çəkirik. İkimizin də yerişimiz çox çətindir. Yeriməkdə, hərəkət etməkdə çox çətinlik çəkirik…Xüsusilə, övladımızın Şəhidliyindən sonra səhhətimiz daha sa pisləşib… 

Dövlət başçımızın diqqət və qayğısı nəticədsində şəhid ailələrinin çoxu evlə-mənzilə təmin olunublar… Allah Prezidentimizi və dövlətimizi qorusun! 

Bir şəhid anası kimi üzümü ümvafiq dövlət quurmlarına tutub deyirəm ki,  bizə kömək etsinlər. Ya Goranboyda, ya Naftalanda, ya da Samuxda çox istəmirik - heç olmasa, bir otaqlı mənzillə təmin edilək. Bu, şəhidimin də, bizim də haqqımızdır”.

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!