Şəhid ailəsinin dövlət qurumlarından bir xahişi var 

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailəsinin dövlət qurumlarından bir xahişi var 

Sosial

11 İyul 2023 19:30 644


Vətən yolunda canını fəda edən igidlərimizdən biri də Goranboy rayonunun Qaradağlı kəndindən olan Ümid Vüqar oğlu İmamquliyevdir.

Ümid 2022-ci ilin sentyabr ayında terror və faşist dövləti olan Ermənistanın növbəti qanlı təxribatı zamanı baş vermiş qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalan 80 Şəhidimizdən biridir. 

Şəhidliyindən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Toyuqlu pizza

Cəmi 19 yaşında Azərbaycan Ordusunun, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi Şəhidlik zirvəsinə yüksələn Ümid ailənin dörd övladından biri idi.

Böyük qardaşını illər öncə-körpəykən itirib. Ailədə iki qardaş və bir bacı qalıblar. Həm qardaşının, həm anasının, həm də atasının səhhətində problemlər var və bu gün də davam etməkdədir.

Ümid kasıb bir ailənin övladı olub. Cəmi bir otaqda həm yaşayıb, həm yeyib, həm də yatıblar.

Ümidin qarşıdan-avqust ayında Cənnətdəki ilk doğum günü, senntyabr ayında isə ilk ildönümü, Anım günü gəlir. Atası, ailəsi də dövlətin Şəhidə, Şəhid ailəsinə ayırdığı bütün pulu təzə evin tikintisinə yönəldib, xərcləyib. Çünki bir neçə ay öncəyə kimi ailəsinin (vaxtilə də özünün) yaşadığı ev çox şəraitsiz, bərbad durumda idi.

Ona görə Şəhid ailəsi, atası yeni evin tikintisinə başlayıb, ancaq maliyyə çətinliyi üzündən onu başa çatdıra bilmir.

Şəhid atasının Vüqar İmamquliyevin dediklərindən:

"Bu evi mənim üçün dilə gətirmək nə ağır olsa da, balamın “qanpulu” ilə tikdirirəm. Amma təəssüflər olsun ki, onu başa çatdıra bilməmişəm, bilmirəm… Çünki pulumuz, vəsaitimiz yoxdur…Gələn ay balamın mövludu, Cənnətdəki ilk ad günü, sentyabrda isə Anım günü, ilk ildönümüdür…Vaxta da az qalıb…Xahiş edirəm, evin tikilib-başa çatdırılması üçün bizə kömək olunsun. Başqa heç nə istəmirik. Balam cəmi 19 yaşında bu Vətən yolunda canını qurban verdi. Şəhid atası, Şəhid ailəsi olmaqdan qürur duyuruq”. 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!